AZ

Vatikandan Papanın səhhəti ilə bağlı açıqlama: "Bu gün əməliyyat olunub"

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransiskin səhhəti ilə bağlı rəsmi açıqlama yayılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Vatikandan rəsmi məlumat verilib.

Bildirilib ki, fevralın əvvəlində keçirdiyi ağır bronxit səbəbiylə 18 gündür Roma Gemelli Xəstəxanasında müalicə alan və ikitərəfli pnevmoniya diaqnozu qoyulan 88 yaşlı Papa bu gün (dünən) əməliyyat olunub: "Bu gün (dünn - Mia.az) Papa iki dəfə kəskin tənəffüs çatışmazlığı ilə üzləşib. Səbəb bronxlarda xeyli miqdarda selik yığılması və bunun nəticəsində yaranan bronxospazm olub. Bu səbəbdən iki bronkoskopiya əməliyyatı aparılıb. Günortadan sonra mexaniki ventilyasiya bərpa edilib. Papa bütün bu prosedurlar ərzində şüurlu idi..."

Lamiyə Əhmədli

MİA.AZ

Seçilən
71
mia.az

1Mənbələr