AZ

Qalmaqallı oyunçu karyerasını bitirdi

NBA-dan çıxış etmiş Mayers Leonard peşəkar basketbolu tərk etdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, 33 yaşlı basketbolçu bu qərarını sosial şəbəkədə açıqlayıb.

“Miluoki Baks”dakı mövsümdən sonra bilirdim ki, daha basketbol oynaya bilməyəcəm. Bu, verməli olduğum ən çətin qərar idi, çünki bədənim bunu mənim üçün etdi.

Əvvəlcə heç nə demək fikrində deyildim. Düşünürdüm ki, vaxt keçəndə insanlar bunu özləri anlayacaqlar. Amma başa düşdüm ki, bədənim mənə bunu bitirməyimi söyləsə də, ürəyim hazır deyil.

NBA-dan ayrılmaq mənə ən böyük nemət verdi – heç vaxt sahib olmadığım ata olmaq, hər gecə sevimli həyat yoldaşımın yanında yatmaq və həyatımdakı ən vacib insanlarla vaxt keçirmək imkanı verdi”, – deyə Leonard yazıb.

Leonard liqada 10 mövsümünün 8 keçirdiyi “Portland Treyl Bleyzers” tərəfindən 2012-ci ildə seçilib.

Seçilən
34
publika.az

1Mənbələr