AZ

Vens Avropanı Zelenskini münaqişəni davam etdirməyə təhrik etməkdə ittiham edib

ABŞ-ın vitse-prezidenti J.D.Vens Avropa ölkələrini Ukrayna prezidenti Vladimir Zelenskini Rusiya ilə münaqişəni davam etdirməyə təhrik etməkdə ittiham edib...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın Fox News telekanalı məlumat yayıb.

Vens bildirib ki, Avropa liderləri Zelenskini hərbi qarşıdurmanı davam etdirmək niyyətində daim dəstəkləyir, onu azadlıq döyüşçüsü kimi təqdim edir və sonsuz mübarizənin zəruriliyinə inandırırlar. Siyasətçi həmçinin Ukrayna münaqişəsinin sonsuz maliyyələşdirilməsinin mümkünsüzlüyünü vurğulayıb.

“Zelenski Avropaya üz tutur və bir çox avropalı dostlarımız onu təxribata çəkirlər. Onlar Zelenskini inandırırlar ki, o, azadlıq döyüşçüsüdür, o, sonsuz mübarizə aparmalıdır”, Vens müsahibəsində deyib.

Qeyd edək ki, bir gün əvvəl Böyük Britaniyanın baş naziri Keir Starmer Böyük Britaniya parlamenti qarşısında çıxış edərək, Avropanın “sülh bərqərar olduqdan sonra” Ukraynanı silahlandırmaqda davam edəcəyini söyləyib.

Poliqon.info

Seçilən
76
poliqon.info

1Mənbələr