AZ

Fransa Rusiya aktivlərinin Ukraynanın təhlükəsizlik zəmanətinə daxil edilməsini təklif edib

Fransa, Rusiyanın gələcəkdə atəşkəs razılaşmasını pozacağı təqdirdə Ukraynanın təhlükəsizliyinə zəmanət vermək üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməyi təklif edib...

Poliqon xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Təklif Moskvanı istənilən razılaşmaya əməl etməyə və Kiyevə təhlükəsizlik zəmanəti verməyə məcbur etmək üsulu kimi qiymətləndirilir. Qəzet qeyd edir ki, bu ideya digər Avropa ölkələrindən dəstək alıb, baxmayaraq ki, tam razılıq hələ çox uzaqdadır.

Almaniyada keçirilən parlament seçkilərində qalib gələn CDU/CSU blokunun lideri Fridrix Merts Fransanın təklifini dəstəkləmək imkanını nəzərdən keçirməyə hazır olduğunu bildirib. Mənbələrdən biri bildirib ki, getdikcə daha çox ölkə dondurulmuş Rusiya aktivlərindən təzyiq vasitəsi kimi istifadə etməyə hazırdır.

Xatırladaq ki, Avropa Birliyi, Kanada, ABŞ və Yaponiya Rusiyanın təxminən 300 milyard dollar məbləğində aktivlərini dondurdular. Bunların təxminən 5-6 milyard dolları ABŞ-da, 210 milyard dolları isə Avropadadır.

Poliqon.info

Seçilən
41
poliqon.info

1Mənbələr