Futbol üzə Azərbaycan milli komandasının 2025-ci ildə keçiriəcəyi ilk matçın yeri və başlanma saatı müəyyənləşib.
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv martın 25-də Belarusla qüvvəsini sınayacaq.
Federasiya rəsmiləri yığmamız üçün Abşeron rayonunun Masazır qəsəbəsini seçib. Belə ki, oyun "Sabah" klubunun da ev matçlarını keçirdiyi "Bank Respublika Arena"da baş tutacaq.
Qarşılaşmanın start fiti saat 21:45 çalınacaq.