AZ

Qlobal istiləşmə okeanların tarazlığını pozur

Qlobal

75 ildən sonra bütün okeanlar tanınmaz hala düşəcəklər. Alimlər bunun səbəbini də açıqlayıblar. Elm adamlarının sözlərinə görə, milyardlarla illər ərzində yerdəki kimyəvi və həmçinin bioloji proseslər nəticəsində okeanların rəngi tamamilə dəyişib.

Reyting.az
xəbər verir ki, bir zamanlar elm aləmi bu prosesi həll edilmiş dəmir səbəbindən okeanların yaşılımtıl rəngə sahiblənməsi ilə əlaqələndirisələr də, getdikcə, suda oksigenin artması ilə dünya okeanlarının suları mavi rəngə boyanıb. İndi isə tədqiqatçıları narahat edən əsas səbəb okean sularında kövrək tarazlığın pozulmasıdır.

Alimlər bildirirlər ki, qlobal istiləşmənin fəsadı kimi fitoplanktonun paylanması çox sürətlə dəyişir, bu isə yaxınlaşan gələcək təhlükədən, hətta kosmosdan da aydın görünən və nəzərəçarpacaq qədər böyük dəyişikliklərdən xəbər verir. Bunu anlaşılmaz və hələ ki, nəticəsi tam məlumolmayan təbii prosesin müəyyən hissəsi kimi izah edən alimlərin dediklərinə görə, əgər bu tendensiya davam edərsə, əsrin sonunda yaşıl okeanlar yenə geriyə dönəbilərlər.

Hazırda qlobal istiləşmə okeanların tarazlığını pozur. Massaçusets Texnologiya İnstitutunun bununla bağlı araşdırmaları göstərib ki, 2100-cü ilə qədər okeanların50 faizdən çoxu temperaturun yüksəlməsi səbəbindən öz rəngini dəyişəcək. Üstəlik, bəzi ərazilərdə belə dəyişikliklər, eləcə də fitoplanktonun azalması, mavi rənglərin artması və eyni zamanda digər okean sularında yaşıl rənglərin daha da artması ilə nəticələnəcək. Alimlərin fikrincə, artıq son iki onillikdə okeanların 56 faizinin təbii rəngi dəyişib ki, bu faktı da elm adamları ciddi ekoloji pozulmanın əlamətləri kimi qiymətləndiriblər.

"Science-et-vie" nəşrinin yazdığına görə, eyni zamanda peyklər bütün okeanlarda əks olunan işıqların variasiyalarını qeyd etməklə, baş verən dəyişiklikləri izləməyə kömək edir. Bununla bağlı əldə olunmuş bütün nümunələr həm də genişmiqyaslı ekoloji transformasiyaların monitorinqi üçün çox mühüm yeniliklərdir. Alimlərin fikrincə, bu cür peyk izləmələri, həmçinin işıq variasiyalarının daim qeyd edilməsi, fitoplankton planktonunun fotosintezinəbağlı olan prosesləri öyrənməklə bərabər, həmçinin də okean sularının təbii rəngini dəyişməsinin səbəbini tam araşdırmağa imkan verəcək.

Oqtay QORÇU
Seçilən
50
reyting.az

1Mənbələr