Bakı, 4 mart, AZƏRTAC
Avropa çempionatının əsas mərhələsində Yunanıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, baş məşqçi Vitali Borisovun qərarı ilə Seymur Məmmədovun əvəzinə toplanışa “Baku Fire”in üzvü Fərid Abbasov qatılıb.
Qarşılaşma martın 11-də Afinada keçiriləcək.