Astara, 4 mart, İlkin Adıyev, AZƏRTAC
Astarada bıçaqlanma hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarında Astara rayonunda bıçaqlanma hadisəsi baş verib.
Belə ki, Astara rayonunun Şiyəkəran kənd sakini 1984-cü il təvəllüdlü Fərrux İlqar oğlu Axundov qarının ön divarının deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.