AZ

“Saab” Almaniya HHQ-nin TAURUS KEPD 350 raketlərinə texniki qulluq göstərəcək

İsveçin “Saab” şirkəti Almaniya Hərbi Hava Qüvvələrinin (HHQ) TAURUS KEPD 350 qanadlı raketlərinə texniki qulluğun göstərilməsi və onların modernləşdirilməsi üçün sifariş alıb.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, sifarişin dəyəri 1.7 milyard SEK-dir (161.4 milyard ABŞ dolları) və müqavilə müddəti 2025-2035-ci illəri əhatə edir.

Bildirilib ki, “Saab” bu sifarişi “MBDA Germany” və “Saab” şirkətlərinin birgə müəssisəsi olan “TAURUS Systems”dən alıb.

“Hava-yer” tipli TAURUS KEPD 350 qanadlı raket 500 km-dən çox mənzilə malikdir və statik yerüstü hədəfləri məhv etmək üçün istifadə olunur.

Seçilən
54
poliqon.az

1Mənbələr