ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü İsa ABŞ prezidenti Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, ABŞ dövlət katibi Rubio da dünən verdiyi açıqlamada Trampın müharibəni bitirmək üçün səylərinin davam etdiyini bildirib və əlavə edib ki, hansı demokrat bunu etsə, ona Nobel mükafatı verilərdi.
"Bu gün mən Donald Trampı Nobel Sülh Mükafatına namizəd edəcəyəm. Heç kim bundan artıq layiq deyil"-deyə, İsa sosial media platforması X-də yazıb.
Aytən Yaşar/ Turkustan.az