Amerikalı sahibkar İlon Mask Ukrayna Prezidenti Volodimir Zelenskinin hakimiyyətdən imtina etməsini və Ukraynanı tərk etməsini təklif edib.
"Cebheinfo.az" xəbər verir ki, Mask bunu özünü "X" sosial şəbəkəsində yazıb.
Bildirib ki, Zelenskiyə “neytral bir ölkədə amnistiya” təklif olunmalı və bunun müqabilində Ukraynada demokratiyaya keçid edilməlidir.
Xatırladaq ki, fevralın 28-də Zelenski ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə gəlib. Görüş zamanı onlar arasında mübahisə baş verib və Tramp Zelenskini hörmətsiz davranışda ittiham edib, ABŞ-nin vitse-prezidenti Cey D. Vens isə Zelenskinin Vaşinqtona göstərilən dəstəyə görə təşəkkür etmədiyini qeyd edib.
Mətbuat konfransı ləğv edilib və ABŞ ilə Ukrayna arasında faydalı qazıntılarla bağlı razılaşma imzalanmayıb.
Tramp sonradan Zelenskinin hörmətsizlik etdiyini və Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə hazır olmadığını vurğulayıb.