AZ

Çingiz Hüseynzadə: Ümid edirik ki, “Çempionlar Xiyabanı” Azərbaycanın ən gözəl parklarından birinə çevriləcək

Bakı, 4 mart, AZƏRTAC

“Ağac həyatın dirçəlməsi, elə həyatın özü deməkdir. Biz həm Vətən müharibəsində əldə etdiyimiz Zəfərin 5 illiyi, həm də Bədən Tərbiyəsi və İdman Gününün 20 illiyi şərəfinə bu aksiyanı həyata keçiririk. Bununla da biz həmişə idmançılarımızın və xalqımızın yanında olduğumuzu nümayiş etdiririk”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təşkil olunan ağacəkmə aksiyası zamanı jurnalistlərə açıqlamasında deyib.

O, Dənizkənarı Milli Parkın “Ağ şəhər” ərazisində yerləşən “Qənimətlər Parkı”nda baş tutan aksiyanın Azərbaycanın titullu idmançılarının iştirakı ilə keçirilməsinin sevindirici olduğunu bildirib: “Çempionlar Xiyabanı”nın yaradılması məqsədilə bu gün burada yığışmışıq. İdman ictimaiyyətinin görkəmli nümayəndələrini də burada görmək çox xoşdur. Ümid edirik ki, bu ərazi yaxın gələcəkdə Azərbaycanın ən gözəl parklarından birinə çevriləcək”.

Seçilən
37
2
azertag.az

3Mənbələr