AZ

Vətəndaşlar Tramp Amerikasından qaçır

ABŞ Daxili İşlər Nazirliyinin açıqladığı məlumatlara görə, keçən il 6100-dən çox ABŞ vətəndaşı Britaniya vətəndaşlığı üçün müraciət edib.

News24.az xəbər verir ki, müraciətlərin sayı iyirmi il əvvəl qeydə alınandan bəri ən yüksək rəqəmə çatıb və 2023-cü ilə nisbətən 26 faiz artıb. Britaniya vətəndaşlığı üçün müraciətlərin ümumi sayı 6 faiz artaraq 251 minə çatıb ki, bu da növbəti rekorddur.

Nazirliyin məlumatlarına görə, ABŞ vətəndaşlarından müraciətlər xüsusilə 2024-cü ilin son rübündə artaraq, təxminən 1700-ə çataraq, əvvəlki ilə nisbətən 40 faiz artıb.

İmmiqrasiya hüquqşünasları bu artımda Trampın noyabrın əvvəlində yenidən prezident seçilməsi və prezident seçkilərində qalib gəlməsi, həmçinin İngiltərədə amerikalıları ölkəni tərk etməzdən əvvəl Britaniya pasportu almağa təşviq edən vergi dəyişikliklərinin də təsirli olduğunu bildirib.

Günel Məlikzadə


Seçilən
33
news24.az

1Mənbələr