AZ

“Azərkosmos”un sədri,nazir müavini təyin edildi

Saməddin Əsədov rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin edilib.

O, bu təyinatdan öncə nazirlik yanında Kosmik Agentliyi (“Azərkosmos”) ASC-nin İdarə Heyətinin sədri olub.

Bununla da, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müavinlərinin sayı 5-ə çatıb.

Saməddin Əsədov Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2021-ci ildə Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosun İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdu.

O, 2014-2021-ci illərdə Azərkosmosda Maliyyə departamentinin direktoru kimi fəaliyyət göstərmiş, 2011-2014-cü illərdə burada müxtəlif vəzifələrdə çalışmışdır. 2007-2011-ci illərdə isə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, mühasibat uçotu və iqtisadi təhlil departamentinin əməkdaşı olmuşdur.

Saməddin Əsədov Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit üzrə bakalavr və magistr təhsili almış, ADA və Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbinin Adaptiv Strateji İdarəetmə Proqramında iştirak etmiş, eyni zamanda ADA Universitetinin Maastrixt Menecment Məktəbi ilə birgə təşkil olunmuş strateji idarəetmə üzrə ixtisasartırma kursunu bitirmişdir.

2024-cü ildə Saməddin Əsədov Beynəlxalq Astronavtika Federasiyasının (IAF) elm və akademik əlaqələr üzrə vitse-prezidenti təyin edilib.

© “Report” *

Saməddin Əsədov
Seçilən
54
8
marja.az

10Mənbələr