AZ

İllinoysda Xocalı soyqırımı ilə əlaqədar keçirilən tədbir xarici mətbuatda işıqlandırılıb (FOTO)

Bakı. Trend:

ABŞ-nin İllinoys ştatında Xocalı soyqırımının 33-cü ildönümünəhəsr olunan “Keçmişlə Gələcək Arasında Körpü” adlı II BeynəlxalqDialoq Konfransı xarici mətbuatda geniş işıqlandırılıb.

Trend xəbər verir ki, bu barədə Diasporla İşüzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, konfransda iştirak edən geosiyasi analitik MalikAyub Sumbal və braziliyalı jurnalist Fabiana Ceyhanın Xocalısoyqırımı haqqında fikirlərinə yer verilib.

Fabiana Ceyhan məqalədə erməni hərbi birləşmələrinin Xocalışəhərinə hücum etdiyini, uşaqlar da daxil olmaqla 613 dinc sakininamansızlıqla qətlə yetirildiyini vurğulayıb. Braziliyalı jurnalistAzərbaycanın soyqırımı haqqında həqiqətləri dünya dövlətləri vəbeynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində atdığı addımlardanvə “Xocalıya Ədalət!” kampaniyasından danışıb.

Məqalədə geosiyasi analitik Malik Ayub Sumbal Xocalısoyqırımının dünya miqyasında tanınmasının vacibliyinivurğulayaraq, bu cür vəhşilikləri törədənlərin məsuliyyətə cəlbolunmasını tələb edib. Sumbalın “Tovuzdan Qarabağa: Cənubi Qafqazdamüharibənin hərtərəfli təhlili” adlı kitabında regiondakımünaqişələrə dərindən nəzər salındığı və nəşrin nüsxələrinin paneliştirakçılarına paylanıldığı qeyd olunub.

Məqalələri ətraflı şəkildə aşağıdakı linklərdən oxumaqmümkündür:

https://brasiliainfoco.com/jornalista-fabiana-ceyhan-participa-de-conferencia-global-em-chicago-e-fala-sobre-a-tragedia-de-khojaly/

https://omundodiplomatico.com.br/2025/02/25/jornalista-fabiana-ceyhan-participa-de-conferencia-global-em-chicago-e-fala-sobre-a-tragedia-de-khojaly/

https://mundoeturismo.com.br/jornalista-fabiana-ceyhan-participa-de-conferencia-global-em-chicago-e-fala-sobre-a-tragedia-de-khojaly/

https://www.jornaltaguatingadf.com.br/2025/02/internacional-jornalista-fabiana-ceyhan.html?m=1

https://meuquadradinho.com.br/noticia/60415/jornalista-fabiana-ceyhan-participa-de-conferencia-global-em-chicago.html

https://www.portalr10.com/noticia/140690/fabiana-ceyhan-voz-ativa-pela-justica-global-e-o-papel-estrategico-do-azerbaijao-

https://malikayubsumbal.com/malik-ayub-sumbal-author-of-tovuz-to-karabakh-addresses-khojaly-tragedy-at-2nd-global-dialogue/

İllinoysda
İllinoysda
Seçilən
29
az.trend.az

1Mənbələr