AZ

Minlərlə balıq susuzluqdan öldü - FOTO

Türkiyədə Qarsın Kağızman rayonunda Araz çayı üzərində su elektrik stansiyalarının bənd qapılarının bağlanması nəticəsində on minlərlə balıq ölüb.

Söz.az "haberglobal"-a istinadən xəbər verir ki, ərazidə yaşayan kənd sakinlərinin mobil telefonları ilə lentə aldıqları kadrlar vəziyyətin acınacaqlı olduğunu üzə çıxarıb. 

Kənd sakinləri minlərlə balığın ölümünə səbəb kimi su elektrik stansiyalarının bənd qapılarının bağlanması zamanı suyun tamamilə kəsilməsi olduğunu bildiriblər.

Seçilən
88
soz.az

1Mənbələr