AZ

Bakının mərkəzindəki marketdə saxta alkoqollu içkilər aşkarlanıb (FOTO)

Bakı. Trend:

Səbail rayonunda fəaliyyət göstərən marketdə saxta alkoqolluiçkilər aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan QidaTəhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Məlumata görə, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsindəyerləşən, fiziki şəxs Abbasova Gülsəfa Firuddin qızına məxsus“Star” marketdə Agentliyin əməkdaşları tərəfindən yoxlamakeçirilib.

"Baxış zamanı ticarət obyektinin qida təhlükəsizliyiqeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən edilib.Həmçinin saxtalaşdırma əlamətləri olan, idxal sağlamlıq aktı vəAzərbaycan dilində etiket məlumatları olmayan alkoqollu içkiləraşkarlanıb.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtibedilib, məhsullar satışdan kənarlaşdırılıb və ticarət obyektininfəaliyyəti məhdudlaşdırılıb",- məlumatda qeyd edilib.

Bakının
Bakının
Bakının
Məqalədə:
Seçilən
24
15
az.trend.az

10Mənbələr