AZ

ANAMA tərəfindən Müdafiə Nazirliyinin müvafiq şəxsi heyətinə təlimlər keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindənAzərbaycan Respublikasının Müdafiə Nazirliyinin müvafiq şəxsiheyətinə “Humanitar Minatəmizləmə” və “Döyüş sahəsinintəmizlənməsi” təlimləri keçirilib.

ANAMA-dan Trend-ə bildirilib ki, üç həftədən artıq davam edənnəzəri və praktiki təlimin əsas məqsədi təlimə cəlb edilmişistehkamçılara humanitar minatəmizləmə və döyüş sahəsinintəmizlənməsi üzrə bilik və bacarıqları öyrətməkdir.

Təlim AR Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşənşəhərciyində həyata keçirilib.

Təlim zamanı şəxsi heyətə humanitar minatəmizləməəməliyyatlarında tətbiq edilən minaaxtarma cihazları, alət vəavadanlıqların istifadə qaydaları, humanitar minatəmizləmə və döyüşərazisinin təmizlənməsi metodologiyasının tətbiqi, sahəninqurulması, texniki təhlükəsizlik qaydaları, ərazinin vizual vəyeraltı yoxlanılması, işarələmə vasitələrindən istifadə edilməsi,aşkar edilən sursatların qiymətləndirilməsi kimi biliklərpaylaşılıb.

Təlimi müvəffəqiyyətlə tamamlayan müdavimlərə ANAMA tərəfindənmüvafiq şəhadətnamələr təqdim olunub.

Qeyd edək ki, cari təlim Müdafiə Nazirliyinin şəxsi heyətinəAzərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindənhumanitar minatəmizləmə və döyüş sahəsinin təmizlənməsi fəaliyyətiçərçivəsində keçirilən növbəti təlimdir. Bu kimi fəaliyyətintəşkili, işğaldan azad edilmiş ərazilərdə Mina Əleyhinə BeynəlxalqStandartlara uyğun keçirilən əməliyyatların icrasında vacibaddımlardan biridir.

ANAMA
ANAMA
ANAMA
ANAMA
ANAMA
ANAMA
Məqalədə:
Seçilən
98
8
az.trend.az

9Mənbələr