Məşhur aktrisa Nurgül Yeşilçay illər sonra çəkildiyi "Asmalı Konak" serialı ilə bağlı bəzi detalları açıqlayıb.
BAKU.WS xəbər verir ki, aktrisa bu ekran işində necə rol aldığı barədə ilk dəfə danışıb:
"Mənim məktəbi bitirməyimə artıq 6 ay qalmışdı. Məktəbi bitirməsəm heç bir film təklifini qəbul etməyəcəyimi bildirmişdim. O vaxtlar bir çox yaxşı rol təklifləri gəlməyə başladı. Mən də təkliflərin ardı-arası kəsilməz deyə qəbul etmirdim. Məktəbi bitirdim. İzmirə ailəmin yanına getdim.
Sonra rejissor Abdullah Oğuzdan mənə zəng gəldi. Danışdıq və başqa bir layihədə çəkilmək üçün İstanbula gəldim. Lakin o ekran işi alınmadı. Sonar mənə "Asmalı Konak"da çəkilmək təklifi gəldi. Bundan sonra karyeramda yüksəldim".
Xatırladaq ki, "Asmalı Konak" bir zamanların sevilərək izlənilən layihəsi olub. Ekran işi 2002-2003-cü illərdə yayımlanıb. Serial Türkiyənin kult ekran işləri arasında yer alır. Nurgülün layihədə tərəf müqabili müğənni Özcan Deniz olub. Onlar eşq yaşayan iki gənci canlandırıblar.