AZ

İran hökuməti etnik azlıqların ana dilində tədrisi ilə əlaqədar parlamentə layihə təqdim edəcək

Bakı. Trend:

İran hökuməti ölkənin vətəndaşları olan etnik azlıqların anadili tədrisi və ana dilində təhsil almaları ilə əlaqədar İslamŞurası Məclisinə layihə təqdim edəcək.

Trend-inməlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bugün (4 mart) Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İranda yaşayan etnik azlıqların ana diliölkənin mədəni irsidir. Bu, İran Konstitusiyasının 15-ci maddəsindədə açıq-aşkar şəkildə qeyd olunur. Ölkədə 400 dil və dialektmüəyyənləşib və bunun daha da artacağı gözlənilir.

Mohacerani bildirib ki, təhsil sahəsində bir çox hallardaqiymətlərin aşağı olmasının səbəblərindən biri abituriyentlərin ikidilli olmasına görədir. Buna əsasən ana dilinin tədrisi və anadilində tədris çox önəmli məsələlərdən biridir.

"Layihə dil haqda tam ətraflı bir layihə hesab olunur. İrandarəsmi dil fars dilidir. Digər tərəfdən ölkədəki digər dillər İranınmədəni irsi hesab olunur. Buna əsasən layihə dillər arasındakıməsafəni elə bir formada doldurmalıdır ki, ikidilli olan uşaqlarhəm təhsil sahəsində bundan ziyan görməsin, həm də mədəni irsqorunsun", - deyə o qeyd edib.

Qeyd edək ki, ötən həftə İran parlamenti orta məktəblərdə yerlietnosların dil ədəbiyyatının tədris olunması planını qəbuletməyib.

Məqalədə:
Seçilən
35
az.trend.az

1Mənbələr