AZ

"Haber Global": Pekinin Trampın qərarına əks-reaksiya verəcəyi gözlənilir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Haber Global" televiziya kanalında Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Çindən idxal olunan məhsullara qoyulan rüsumların 10 faizdən 20 faizə qədər artırılması ilə bağlı fərmanı müzakirəyə çıxarılıb.
Oxu.Az xəbər verir ki, verilişə dəvət alan ekspert Murat Üzel D.Tramp tərəfindən imzalanan fərmanın dünyadakı iqtisadi münasibətlərə mənfi təsir edəcəyini söyləyib.
"Rəsmi Pekinin də qarşıdakı saatlarda Vaşinqtonun verdiyi qərarlara əks-reaksiya göstərəcəyi gözlənilir", - deyə Murat Üzel vurğulayıb.
Qeyd edək ki, Donald Tramp Kanada, Çin və Meksikadan gələn mallara daha yüksək tariflər tətbiq edən fərman imzalayıb.
Seçilən
21
oxu.az

1Mənbələr