BAKI,TurkicWorld / Fərid Mikayılov
Türk dövlətləri və İslam dünyası bu ədalətsiz sistemin fəsadlarını ciddi şəkildə hiss edir.
Bu sözləri TurkicWorld-ə açıqlamasında ,Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir deyib.
İşbilir, beynəlxalq ədalətsizlikdən ən çox zərər çəkən ölkələrin Türk ölkələri olduğunu bildirib.
O, ədalətli bir qlobal sistemin qurulmasının ən çox bu regiona müsbət təsir edəcəyini vurğulayıb.
"Şübhəsiz ki, bütün insanlıq bu ədalətli sistemdən bəhrələnəcək, lakin müharibələrə, münaqişələrə, terror təhdidlərinə və beynəlxalq müdaxilələrə ən çox məruz qalan məhz türk dövlətləri və İslam dünyasıdır. Buna görə də, qlobal ədalət sistemi formalaşdıqda, bu coğrafiyanın insanları ən çox qazanan tərəf olacaq"- deyə İşbilir bildirib.
İşbilir həmçinin, Birləşmiş Millətlər Təşkilatının sistemini də tənqid edib.
"Birləşmiş Millətlərin təmsil etdiyi beynəlxalq sistem bu gün nə ədalət təmin edə bilir, nə sanksiyalar tətbiq edə bilir, nə də sülhü bərqərar edə bilir. Cənab Prezidentimizin dəfələrlə vurğuladığı kimi, bu mexanizm artıq dünyaya kifayət etmir. Buna görə də, o, "Dünya beşdən böyükdür" ifadəsi ilə həm mövcud beynəlxalq sistemi tənqid edir, həm də alternativ həll yolları təklif etdiyimizi bildirir",- deyə o vurğulayıb.