AZ

Energetika Nazirliyi Həmkarlar İttifaqı Komitəsinə sədr seçilib

Energetika Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin növbədənkənar seçki konfransı keçirilib.

Energetika Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin növbədənkənar seçki konfransı keçirilib.

Nazirlikdən Operativ Media-ya  verilən məlumata görə, konfransa sədrlik edən energetika nazirinin müavini Samir Vəliyev həmkarlar ittifaqlarının işçilərin hüquqlarının müdafiəsində, o cümlədən sosial-məişət məsələlərinin həllinə dəstəyin verilməsində mühüm rol oynadığını qeyd edib.

Komitə sədrinin iş yerini dəyişməsi ilə əlaqədar yeni idarə heyətinin formalaşdırılmasına zərurət yarandığı vurğulanıb və bu məqsədlə növbədənkənar seçki konfransının təşkil edildiyi bildirilib.

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədr müavini Fəthulla Mustafayev çıxış edərək müvafiq sahəni tənzimləyən qanunvericik aktlarının tələbləri, həmçinin əməkdaşların istirahətinin səmərəli təşkili, əmək qabiliyyətinin bərpası, sağlamlığının qorunması və möhkəmləndirilməsi istiqamətində həmkarlar ittifaqları tərəfindən görülən tədbirlər haqqında məlumat verib.

Seçilən
47
operativmedia.az

1Mənbələr