Bakı. Trend:
Bu ilin yanvar ayı ərzində Milli Ödəniş Sistemləri (AZİPS,XÖNKS, AÖS) vasitəsilə aparılan tranzaksiyaların ümumi həcmi 70,9milyard manatı, sayı isə 14,3 milyonu ötüb.
Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata əsasən, 2024-cü ilin eyni ayının göstəricilərinənisbətdə aparılan əməliyyatların həcmində 5,7%, sayında isə 16,2%artım qeydə alınıb.
Cari ilin ilk ayında Real Vaxt rejimində Banklararası MilliHesablaşmalar Sistemi (AZİPS) vasitəsilə 117 min əməliyyat üzrə66,798 milyard manat, Xırda Ödənişlər üzrə Hesablaşma KlirinqSistemi (XÖNKS) vasitəsilə 14,1 milyon əməliyyat üzrə 4,059 milyardmanat, Ani Ödənişlər Sistemi (AÖS) ilə isə 72,2 min əməliyyat üzrə87,9 milyon manat həcmində ödəniş həyata keçirilib.