AZ

Orucluq ayına görə İranda 15 iş yeri bağlandı

İranda orucluq (ramazan) ayının başlaması ilə eyni vaxtda ölkənin müxtəlif bölgələrində iş yerlərinin bağlanması prosesi yenidən başlayıb.

Bu barədə yerli mənbələr məlumat yayıb.

Məlumata görə, Rey şəhərində 5 Xürrəmabad şəhərində isə 10 iş yerinin fəaliyyəti qadağan edilib.

İş yerlərinin orucluq ayı ilə bağlı qoyulan məhdudiyyətləri pozdulqarına görə bağlandığı bildirilib.

Bu, İran Daxili İşlər Nazirliyinin orucluq ayı qaydaları ilə bağlı iş yerləri və vətəndaşlara xəbərdarlığından bir neçə gün sonraya təsadüf edir.

Qeyd edək ki, son bir il ərzində İranda məcburi hicab və orucluq ayı qaydalarının pozulmasına və musiqi səsləndirilməsinə görə minlərlə iş yerinin fəaliyyətinə qadağa qoyulub.

visiontv.az



Seçilən
42
visiontv.az

1Mənbələr