AZ

Benzinin qiyməti ucuzlaşdı - Dizel BAHALAŞDI

Neft bazarlarında baş verən dalğalanmalar nəticəsində yanacaq qiymətlərində dəyişiklik edilib. Benzinin litri orta hesabla 1,04 lirə ucuzlaşıb, dizel yanacağının (motorin) litrinə isə 0,07 kuruş bahalaşma tətbiq olunub. Yeni tariflər artıq yanacaqdoldurma məntəqələrində qüvvəyə minib.

Neft bazarında son vəziyyət

Neftin qiyməti OPEC+ ölkələrinin hasilatı artırmaq planları və ABŞ-ın ticarət müharibələri ilə bağlı təhdidlər fonunda son üç ayın ən aşağı səviyyəsinə enib. Brent markalı neftin barreli 71 dollaradək ucuzlaşıb, ABŞ xam nefti isə 68 dollar ətrafında dəyişir.

Yenilənmiş yanacaq qiymətləri

İstanbul (Avropa tərəfi)

Benzin: 45,39 TL/litrMotorin: 46,65 TL/litrLPG: 27,59 TL/litr

Ankara

Benzin: 45,94 TL/litrMotorin: 47,36 TL/litrLPG: 27,49 TL/litr

İzmir

Benzin: 46,31 TL/litrMotorin: 47,73 TL/litrLPG: 27,34 TL/litrYanacaq qiymətləri necə hesablanır?

Yanacaq qiymətləri Türkiyənin də daxil olduğu Aralıq dənizi bazarındakı neft məhsullarının ortalama qiymətləri və dollar məzənnəsindəki dəyişikliklər əsasında müəyyən edilir. Hər şirkət və bölgə üzrə qiymətlərdə fərqlər ola bilər.

Vüsal

Seçilən
63
bakuinfo.net

1Mənbələr