AZ

"ReArm Europe": 840 mlrd. dollarlıq yeni plan

Avropa İttifaqının müdafiə xərclərini artırmaqla bağlı yeni planları 800 mlrd. avroya (841 mlrd. dollar) qədər vəsaitin ayrılmasına imkan verə bilər. 

Valyuta.Az "CNBC"yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib.  

"Avropa müdafiə xərclərini kəskin şəkildə artırmağa hazırdır. Bu, həm qısamüddətli təcili tədbirlərə cavab vermək və Ukraynaya dəstək üçün, həm də uzunmüddətli perspektivdə Avropanın təhlükəsizliyinə daha çox məsuliyyətlə yanaşmaq məqsədilə edilir", – o, mətbuata verdiyi açıqlamada deyib.  

Fon der Lyayen bu həftənin sonunda keçiriləcək Avropa Şurasının iclasından əvvəl Avropa liderlərinə məktub yazaraq Aİ üzv dövlətlərinin müdafiə imkanlarını gücləndirmək üçün “ReArm Europe Plan” ("Avropanın Yenidən Silahlanma Planı" ) adlı təşəbbüsü təklif etdiyini bildirib.  

""ReArm Europe" Avropanın təhlükəsizliyi və dayanıqlılığı üçün təxminən 800 mlrd. avronu səfərbər edə bilər", – deyə o vurğulayıb. "Bu, Avropa üçün həlledici anlardan biridir və biz addım atmağa hazırıq".

Plana Aİ üzv dövlətlərinin müdafiə imkanlarına sərmayə qoyması üçün 150 mlrd. avro həcmində yeni ortaq borclanma da daxildir.  

"Məsələn, hava və raket hücumundan müdafiə, artilleriya sistemləri, raketlər və sursatlar, dronlar və əleyhinə dron sistemləri, eləcə də kiber təhlükəsizlik və hərbi mobillik kimi digər ehtiyaclar da nəzərə alınacaq", – fon der Lyayen əlavə edib.  

Aİ pandemiyadan sonra, 2020-ci ildə ortaq borclanma ilə bağlı mübahisəli addım atmışdı.  

"Avropa İttifaqı"nın 27 lideri cümə axşamı Brüsseldə müdafiə və Ukraynaya dəstək mövzusuna həsr olunmuş iclas üçün bir araya gələcək və "ReArm Europe" planını müzakirə edəcəklər. 

Rəhim

Seçilən
27
valyuta.az

1Mənbələr