AZ

Rusiya Federasiyasının Rostov vilayətində iki neft anbarı yanır

İnternetdə yayılan xəbərlərə görə, bu gecə pilotsuz uçuş aparatları Rusiya Federasiyasında ən azı iki neft anbarına hücum edib.

Rusiyanın Telegram kanalları və mediası Rostov vilayətinin Çertkovski rayonunda və Novoşaxtinsk şəhərində partlayışlar barədə məlumat yayıb. Bundan əlavə, Sızrandakı neft emalı zavodlarından biri pilotsuz uçuş aparatları ilə vurula bilər.

Rostov vilayətinin qubernatoru vəzifəsini icra edən Yuri Slyusar ilkin olaraq bildirib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri Novoşaxtinsk şəhəri yaxınlığında pilotsuz təyyarənin hücumunu dəf edib, guya itki və dağıntı olmayıb. Lakin daha sonra o, Çertkovski rayonunda neft kəmərində və Soxranovka kəndində sənaye obyektinin ərazisindəki anbarda yanğın baş verdiyini bildirib: “Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. Heyətlər təxliyə olunub. İlkin xəsarət alan yoxdur. Məlumat dəqiqləşdirilir”.

//Samir Qurbanov, Editor.az

Seçilən
37
editor.az

1Mənbələr