Cəlilabad rayonun sabiq icra başçısı vəfat edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Cəlilabad rayonunun sabiq icra başçısı Rövşən Novruz oğlu Vəliyev vəfat edib.
Mərhum Cəlilabad qəbirstanlığında dəfn edilib.
Qeyd edək ki, əslən Cəlilabad rayonundan olan Rövşən Vəliyev Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun professoru olub. O, 1991-1992 tarixlərində bu rayonun icra hakimi vəzifəsində çalışıb.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta