AZ

Venera retrosu Bürclərə necə təsir edəcək – Aytən Salami

Artıq 3 martdan etibarən Venera retrosu başlayıb.

Tribunainfo.az xəbər verir ki, azərbaycanlı astroloq Aytən Salami Venera retrosunun bürclərə necə təsir edəcəyini açıqlayıb.

QOÇ VƏ YÜKSƏLƏN QOÇLAR

Bürcünüzdə yaşanan Venera retrosu özünüz və hədəflərinizdə gecikmələrə səbəb ola bilər. Münasibətlərdə gərginliklər və qırılmalar yaşana bilər.

BUĞA VƏ YÜKSƏLƏN BUĞALAR

Qoç bürcündə yaşanan Venera retrosu enerji düşməsinə səbəb ola bilər. Keçmişlə üzləşmək, gizli qalmış məsələlərin ortaya çıxması ilə qarşılaşa bilərsiniz.

ƏKİZLƏR VƏ YÜKSƏLƏN ƏKİZLƏR

Venera retrosu ilə köhnə
dostlarınızdan xəbər ala bilərsiniz. Sosial mühitdə anlaşılmazlıqlar, münaqişələr yaşana bilər.
Arzularınıza çatmaqda gecikmələr yaşana bilər.

XƏRÇƏNG VƏ YÜKSƏLƏN XƏRÇƏNGLƏR

Venera retrosu iş həyatınızda gecikmələrə səbəb ola bilər. İşdə rəhbər vəzifədə olan insanlarla problem və münaqişələr yaşana bilər.

ŞİR VƏ YÜKSƏLƏN ŞİRLƏR

Venera retrosu hüquqi və sənəd məsələlərində problemə səbəb ola bilər. Təhsil və imtahanla bağlı mövzularda istənməyən hallar yaşana bilər.

QIZ VƏ YÜKSƏLƏN QIZLAR

Venera retrosu ortaq maddi gəlirlərinizdə gecikmələr, maddi mövzularda problemlərə səbəb ola bilər. Şərikli işlərdə bank-kredit məsələlərində diqqətli olun.

TƏRƏZİ VƏ YÜKSƏLƏN TƏRƏZİLƏR

Venera münasibət və evlilik evinizdə geriləyəcək. Mübahisələr, ani verilən qərarlar yaşana bilər. Ortaq işlərdə axsamalar yaşana bilər.

ƏQRƏB VƏ YÜKSƏLƏN ƏQRƏBLƏR

Venera retrosu gündəlik həyatınızda meneələr ilə üzləşməyinizə səbəb ola bilər. Sağlamlığınıza diqqət etmək məsləhətdir. İş yoldaşları ilə münasibətə diqqətli olun.

OXATAN VƏ YÜKSƏLƏN OXATANLAR

Venera retrosu sevgi
münasibətlərinizdə gərginlik, ayrılıq təsirləri verə bilər. Maddi məsələlərdə diqqətli olun.

OĞLAQ VƏ YÜKSƏLƏN OĞLAQLAR

Venera retrosu ev və ailənizlə bağlı müəyyən məsələlərdə problem və gecikmələrə səbəb ola bilər. Ailə böyüklərinizin sağlamlığına diqqət
edin.

DOLÇA VƏ YÜKSƏLƏN DOLÇALAR

Venera retrosu yaxın çevrənizlə münasibətlərdə anlaşılmazlıqlara səbəb ola bilər. Bacı-qardaş, qonşu ilə problemli məsələlər yarana bilər.

BALIQLAR VƏ YÜKSƏLƏN BALIQLAR

Venera retrosu maddi məsələləri gündəmə gətirəcək. Maddi itkilər yarana bilər. Xərclərə diqqət edin. Maddi balans problemi yaşaya bilərsiniz.

 

 

Dəniz

Seçilən
35
tribunainfo.az

1Mənbələr