Göygöldə dəm qazından boğularaq ölən şəxslərin adları məlum olub.
APA-nın yerli bürosounun məlumatına görə, ölənlərdən 1-i qardaş, 2- bacı olmaqla 1999-cu il təvəllüdlü S.Hüseynli, 2000-ci il təvəllüdlü M.Hüseynova, 2004-cü il təvəllüdlü X.Hüseynova və 1990-cı il təvəllüdlü S. Müseyibovadır.
Faktla bağlı araşdırma aparılır
***
09:19
Göygöldə 4 nəfər dəm qazından zəhərlənərək ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşıqlı kəndində olub.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.