AZ

Lukaşenko Rusiya, ABŞ və Ukrayna prezidentlərini Minskə dəvət edib

 

Belarus prezidenti Aleksandr Lukaşenko Minskin Rusiya, ABŞ və Ukrayna prezidentləri arasında danışıqları təşkil etməyə hazır olduğunu bəyan edib.

 

Missiya.Az “BelTA”ya istinadən  xəbər verir ki, bBelarus prezidenti  amerikalı blogger Mario Naufala müsahibəsində hər üç dövlət başçısını Minskə dəvət edib.

 

“İndi Zelenski nə olursa olsun onu əyməyə ehtiyac yoxdur. Biz Zelenskini inandırıb razılığa gəlməliyik, çünki Zelenskinin arxasında Ukrayna cəmiyyətinin böyük bir hissəsi dayanır. Ona görə də biz razılığa gəlməliyik. İstəyirlər gəlsinlər. Burada, yaxınlıqda - Belarus sərhədindən Kiyevə qədər 200 kmdir. Təyyarə ilə yarım saat. Gəlin burada oturaq. Sakitcə, hay-küysüz, qışqırmadan razılığa gələk. Ona görə də Trampa deyin: mən onu burada Putin və Zelenski ilə birlikdə gözləyirəm. Oturub sakitcə razılığa gələk. Razılığa gəlmək istəyirsinizsə,”  deyə, Lukaşenko bəyan edib. 

 

Elcan

Missiya.Az

 

Seçilən
32
6
missiya.az

3Mənbələr