"Biz yaxşı formadayıq və "Bavariya"ya qarşı mübarizə apara biləcəyimizi göstərmək istəyirik".
Apasport.az xəbər verir ki, bu sözləri "Bayer"in baş məşqçisi Xabi Alonso UEFA Çempionlar Liqasının 1/8 mərhələsində "Bavariya" ilə görüşdən öncə baş tutan mətbuat konfransında deyib.
"Biz başa düşürük ki, Çempionlar Liqası və Bundesliqa tamamilə fərqli iki turnirdir. Çempionlar Liqası getdikcə emosional xarakter alır. Biz bir-birimizi yaxşı tanıyırıq, bu yaxınlarda Bundesliqada üz-üzə gəlmişik. Onların hücumunun öhdəsindən gəlməyə çalışmaq lazımdır. "Bavariya" Almaniyanın ən yaxşı komandasıdır, amma ən yaxşı komanda həmişə qalib gəlmir".
Qeyd edək ki, "Bavariya" bu gün saat 00:00-da "Bayer"i qəbul edəcək.
“Real” ingiltərəli müdafiəçi ilə maraqlanır
"Tottenhem" izləməyə gəldi, Mourinyo oynatmadı
Avropa Liqası: “Fənərbaxça” – “Reyncers” matçı ispan hakimə həvalə edilib
“Siti”nin müdafiəçisi əməliyyat olunub
“Milan”ın 2 ulduzu yayda komandadan ayrılacaq