Niderlandlı mütəxəssis Erik ten Haqın Almaniyanın "Leyptsiq" klubunda baş məşqçi postuna namizədliyi rədd edilib.
Offsideplus.az xəbər verir ki, bu təyinatın gerçəkləşməsinə "Red Bull" şirkətinin beynəlxalq futbol şöbəsinin rəhbəri Yurgen Klopp imkan verməyib.
O, "Leyptsiq"i çalışdırmağa layiq 3 namizədin adını irəli sürüb. Bunlar Sebastyan Hyönes ("Ştutqart"), Oliiver Qlasner ("Kristal Pelas") və Rocer Şmidtdir ("Benfika"nın sabiq baş məşqçisi).
Uzun müddət "Liverpul"un baş məşqçisi olan Y.Klopp ötən il "Leyptsiq" və bir neçə klubun idarəçiliyinin də daxil olduğu "Red Bull"da işə düzəlib. Onun Erik ten Haqa qarşı getməsinin əsas səbəbi isə nəticələrlə bağlıdır. Çünki Erik ten Haq "Mançester Yunayted"də xeyli uğursuzluq yaşadıqdan sonra ötən il baş məşqçi vəzifəsindən istefaya göndərilib.