AZ

Lebron Ceyms tarixi rekorda imza atıb

"Los-Anceles Leykers"in basketbolçusu Lebron Ceyms tarixi rekorda imza atıb.

"Report" Milli Basketbol Assosiasiyasının (NBA) mətbuat xidmətinə istinadən xəbər verir ki, Los-Anceles təmsilçisinin lideri müntəzəm mövsüm və pley-offlar da daxil olmaqla, karyerası ərzində 50 min xal toplayan ilk oyunçu ünvanına yiyələnib.

40 yaşlı basketbolçu bunu "Nyu Orlean"la oyunda reallaşdırıb.

Qeyd edək ki, görüş "Los-Anceles Leykers"in 133:109 hesablı qələbəsi ilə başa çatıb.

Seçilən
54
5
report.az

5Mənbələr