ABŞ-nin transmilli qənnadı məhsul istehsal edən şirkəti “Mars Inc.” Azərbaycanda törəmə şirkət təsis edib.
Banker.az xəbər verir ki, yeni təsis edilən ?Mars Azerbaijan? MMC-dir.
Yeni təsis edilmiş şirkətin nizamnamə kapitalı 1 475 000 manat olmaqla Bakı şəhəri Xətai rayonu, 8 Noyabr, ev 25e ünvanında dövlət qeydiyyatına alınıb.
Şirkətin direktoru isə Mübaris İsmayılov İsmixan oğludur. O uzun illərdir müvafiq sahə üzrə çalışır və 2019-cu ildən isə “Mars”ın Azərbaycan üzrə distributorunda çalışıb.
2010-cu ildən “Mars” şirkətinin Azərbaycan Respublikasında rəsmi distributoru “Camal” LTD şirkətidir.
“Mars” Amerikanın transmilli qənnadı məmulatları, ev heyvanları üçün qida və digər qida məhsulları istehsalçısıdır və 23 iyun 1911-ci ildə əsası qoyulmuş, baş ofisi Virciniya ştatının MakLin şəhərində yerləşir. Şirkətin dünyada bir sıra məşhur ?Snickers?, ?M&Ms?, ?Twix?, ?Cheez It? və s. kimi brendləri var.
?Mars Azərbaycan? MMC