
“Belarus Rusiya, ABŞ və Ukrayna prezidentləri arasında danışıqları təşkil etməyə hazırdır və Minski görüş yeri kimi təklif edir”.
Yeniavaz.com “BelTA” agentliyinə istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko martın 5-də amerikalı bloger Mario Naufalla müsahibəsində bildirib.
“İndi Zelenskini kim olmasından asılı olmayaraq əymək lazım deyil. Biz Zelenskini inandırıb razılığa gəlməliyik. Çünki Zelenskinin arxasında Ukrayna cəmiyyətinin böyük bir hissəsi dayanır. İstəyirsinizsə, gəlin. Bura yaxındır - Belarus sərhədindən Kiyevə 200 km-dir. Təyyarə ilə yarım saatdır. Buna görə də, Trampa deyin: Mən onu burada Putin və Zelenski ilə birlikdə gözləyirəm, əgər siz razılığa gəlmək istəyirsinizsə, sakitcə razılığa gələ bilərik”, - deyə Lukaşenko qeyd edib.