AZ

Volker Türkün fikirləri məhkəmənin işinə kobud şəkildə müdaxilədir- ÖZƏL

BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk tərəfindən BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanla bağlı qərəzli fikirlər səsləndirib. "Olaylar"ın məlumatına görə, politoloq Zaur Məmmədov qeyd edib ki, BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk  BMT-nin İnsan Hüquqları Şurasında səsləndirdiyi fikirlər anornal qeyri - adekvatlığın bariz nümunəsidir: "Ali komissar BMT - nin daxili hüquq normalarını, beynəlxalq hüququn suverenlik və cinayətlərlə bağlı qanunlarını pozaraq müstəqil dövlətin məhkəmə sisteminin işinə kobud şəkildə  müdaxilə edib. Bütün dünyanın gözü qarşısında 30 il vaxt ərzində Azərbaycan torpaqlarında separatçılıqla, terrorçuluqla və cinayətlə məşqul  olan şəxslərin müdafiəsi və onlarla bağlı məhkəmə instansiyalarına təzyiq bu Volker Türkchr("39")u cinayət məsuliyyətinə cəlb etdirə bilər. 
 O yaxşı olardı ki,  mədəni - tarixi irsin dağıdılması, atəşkəs vaxtı azərbaycanlı mülki şəxslərin öldürülmələri, 4 minə yaxın itkin düşən şəxsin taleyinin naməlum olması, mina terroru kimi məsələləri müzakirəyə çıxarsın. Ən azından, BMT ali komissarı 1993- cü ildə BMT TŞ - də qəbul olunan və BMT BA-da dəfələrlə Azərbaycan torpaqlarının işğalının müzakirəyə çıxarılmasından məlumatlıdır. Sözsüz, bu bəyanatın motivi cinayətkarları məhkəmə qarşısında məsuliyyətdən uzaqlaşdırmaqdır. Bunun özü cinayətdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
33
olaylar.az

1Mənbələr