"Bu, bizim üçün dəhşətli gecə idi. Futbol baxımından bəxtimiz gətirmədi. Heç bir şansımız yox idi. Rəqib isə sadəcə, möhtəşəm çıxış etdi".
Offsideplus.az xəbər verir ki, bu sözləri dünən gecə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində doğma divarlar arasında "Arsenal"a 1:7 hesabı ilə uduzan PSV-nin baş məşqçisi Peter Boş deyib.
61 yaşlı çalışdırıcı acı məğlubiyyətin günahkarları haqqında da danışıb: "Günahkar kimdir? Çox güman ki, həm mən, həm də futbolçular. Biz öz oyunumuzu göstərə bilmədik. Heç kim düşünməzdi ki, belə fərqlə məğlub olacağıq. Komandam inanılmaz dərəcədə pərişandır. Məğlubiyyətin səbəblərini analiz edəcəyik. Ağır məğlubiyyətdən sonra futbolçularımı dəstəkləmək lazımdır".
Qeyd edək ki, cavab görüşü martın 12-də Londonda keçiriləcək.