ABŞ prezidenti Donald Tramp Konqresdəki çıxışı zamanı ABŞ Məxfi Xidmətinin yeni əməkdaşını - beyin xərçənginə qalib gəlmiş 13 yaşlı DJ adlı uşağı təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Trampın sözlərinə görə, DJ Daniel həmişə polis olmaq arzusunda olub. Oğlan konqresə atasının müşayiəti ilə gəlib. “2018-ci ildə DJ-ə beyin xərçəngi diaqnozu qoyuldu. Həkimlər “beş aydan çox yaşamaz” dedilər. “Bütün bunlar altı il əvvəl baş verib”, Tramp qeyd edib.
Bunun ardınca Amerika prezidenti məxfi xidmətin direktoru Şon Kurrandan rəsmi olaraq DJ-i ABŞ Gizli Xidmətinin agenti etməsini istəyib.