AZ

Neft Emalı Zavodunda yanğın SÖNDÜRÜLDÜ- VİDEO- YENİLƏNİB

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisindəki yanğın tam söndürülüb.

Avtosfer.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

***11:05

Bakı Neft Emalı Zavodunun ərazisində baş verən yanğınla bağlı atmosfer havasında monitorinq-ölçmə işlərinin aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinq Mərkəzinin mütəxəssisləri əraziyə yollanıblar.

Bu barədə Avtosfer.az-a nazirlikdən məlumat verilib.

***10:41

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən ərazi mühafizəyə götürülməklə, bütün zəruri təhlükəsizlik tədbirləri görülür.

***10:11

Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.

Avtosfer.az xəbər verir ki, hazırda zavodun işçiləri təxliyə edilir.

Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.

Seçilən
39
28
avtosfer.az

10Mənbələr