Bakı. Trend:
Şərqi Zəngəzur və Qarabağ İqtisadi Rayonlarının çaylarının 2350mln.m3 həcmində olan su ehtiyatları ölkənin daxili suehtiyatlarının 24%-i qədərdir və onlardan istifadə ölkədə yaranansu qıtlığı probleminin həllində mühüm əhəmiyyətə malikdir.
Trend-inməlumatına görə, bu sözləri bu gün Azərbaycan Dövlət Su EhtiyatlarıAgentliyi yanında (ADSEA) Suların İstifadəsinə və MühafizəsinəNəzarət Dövlət Xidmətinin mətbuat konfransında kadastr və uçot şöbəmüdiri Rafiq Verdiyev deyib.
O, həmçinin qeyd edib ki, başlanğıcını Mingəçevir su anbarındangötürən Şirvan və Qarabağ suvarma kanalları yenidən qurulur:
"Əlavə olaraq, 20 suvarma kanalının, 1 hidroqovşağın və 1kollektorun yenidən qurulması üzrə işlər görülür. Eyni zamanda,məhdud su ehtiyatı və artan tələbat şəraitində bütün sahələrdəqənaətedici su texnologiyalarının tətbiqi və tullantı sularınıntəmizlənərək istifadəsi genişləndirilmişdir. Həmçinin, ölkədə dənizsuyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsindəpilot layihə həyata keçirilir".