AZ

“Eşitdiklərimdən, gördüklərimdən...”- “Laçında... Nədənsə ona Quru Kərim deyərdilər...”

                                                                           

“Səttar müəllim, o kənd sənin, bu kənd mənim, məktəbləri gəzə-gəzə gəlib çıxır Dambulaq kəndinə...”
 
Bu gün – 5 mart Laçın rayonunun, Bağırbəyli elinin, Ağanus kəndinin sayılıb-seçilən ziyalılarından biri, mərhum Əslixan Hüseynoğlunun doğum günüdür.  31 avqust 2024-cü ildə doğma və əzizlərinin gözləmədiyi bir vaxtda bu fani dünyadan köçünü çəkməsəydi- 76 yaşı olacaqdı...
 
Allah rəhmət eləsin!..
 
İki roman müəllifi olan Əslixan müəllim bir ziyalı, müəllim, pedaqoq və yazıçı kimi ciddi olduğu qədər də qeyri-adi yumor və satira hissinə malik bir insan idi. Elə onu tanıyanların, o cümlədən orta məktəbdə ondan dərs almış bu sətirlərin müəllifinin xatirəsində Əslixan müəllim həm də bu cəlbedici cizgiləri ilə qalıb...
Bunu nəzərə alaraq övladları, bacı-qardaşlarının hər il şadlıqla qeyd etdikləri doğum günündə Əslixan Hüseynoğlunu onun çapa getməmiş və əsasən Laçın rayonunda müəllim və Təhsil Şöbəsinin əməkdaşı kimi işləyərkən şahidi olduğu gerçək olaylar əsasında qələmə aldığı “Eşitdiklərimdən, gördüklərimdən...” adlı toplusundan bir neçə yumor, satira duyumlu hekayəni Moderator.az oxucularının nəzərinə çatdırırıq:
                                       
Eşitdiklərimdən,  gördüklərimdən…                         
 

S  a  l  a  m

İkinci dünya müharibəsinin yenicə qurtardığı, ölkədə böyük kadr çatışmazlıığının olduğu  

və  az-maz  savadı  olanların   məktəblərə müəllim təyin edildiyi illərdə  Abbasqulunu  Laçının 

Dambulaq  ibtidai  məktəbinə müəllim təyin edirlər. O  zamanlar maarif şöbəsində   inspektor 

vəzifəsində işləyən Səttar müəllim payızın  sonlarında  məktəbəri  yoxlamağa çıxır. O   dövrdə 

rayonda cəmi on-on beş maşın varmış  və üstəlik bir çox kəndlərə heç maşın yolu  çəkilməyib-

miş. Buna gırə də rayonun  məsul işçiləri  əksər  kəndlərə atla gedərmişlər.

         Əlqərəz, Səttar müəllim, o kənd sənin, bu kənd mənim, məktəbləri gəzə-gəzə gəlib çıxır 

Dambulağa. Kəndin məktəbi qədimdən qalma bir qaradamada yerləşirmiş. İnspektor həmin  

tikiliyə yaxınlaşanda içəridən uşaqlarin qatma-qarışıq hay-küy səslərini eşidir. Əvvəl elə bilir ki, 

orada  müəllim yoxdur. Yaxınlaşdıqca aradabir qulağına müəllimin də səsi gəlir: “Sakit!”,“Kəsin 

səsinizi!”.  Səttar müəllim  qapını döyür, Abbasqulu  müəllim ucadan və əsəbi: “Gəl!”— deyir. 

İnspektor  içəri  girəndə   şagirdləri  idarə  edə  bilmədiyindən, halı özündə  olmayan  müəllim  

lap dolaşır. Səttar  müəllim  görür ki, burada  hər yaşdan   olan  uşaq  var; adı  ibtidai  məktəb 

olsa da, 7 yaşdan tutmuş 16-17 yaşa kimi. Özü  də  müəllim siniflərə  cüt-cüt, iki  növbədə dərs 

keçmək əvəzinə, dörd sinfin  şagirdini yığıbdı bir yerə. O  bu məsələyə   görə  müəllimi  tənbeh 

etməyi sonraya saxlayıb, qaydaya uyğun: “ Salam, uşaqlar!”— deyir. Bu naməlum “qonağın”  

içəri girməsi ilə ani olaraq səslərini kəsib sonsuz maraq və qorxu dolu baxışlarını ona zilləmiş 

uşaqlar, bu sözləri eşidər-eşitməz, hamılıqla yerlərindən qalxib inspektorun üstünə cumur, bir-

birini itələyə-itələyə  əllərini ona doğru uzadırlar: “Salam!”,  “Salam!”,  “Salam!”...

         Bu qəfləti “hücum” və qarışıqlıqdan  inspektor özünü  itirir. Bunu görən  Abbasqulu  müəl-

lim   dərhal  onun  köməyinə çatır;  yanında  saxladığı  çubuğu  stolun üstünə  döyəcləyə-döyəc-

ləyə uşaqlara təpinir: “Oturun yerinizdə!”. Müəllimlərinin nəyə  hirsləndiyini  heç də  anlama-

yan  sagirdlər  tez  keçirlər öz yerlərinə. Səttar müəllim  özünə  gələr-gəlməz  narazılıqla:  “Mü-

əllim, sən bu uşaqlara  salam vermək qaydasını öyrətməmisən?”— soruşur.

         Bu qaydadan (Müəllim sinfə daxil olarkən şagirdlərin ayağa qalxması və o, “Salam,uşaq-

lar!” dedikdə, şagirdlərin də hamılıqla “Salam, müəllim!” deməsi qaydasından)  hələ özü  də xə-

bərsiz olan  müəllim  elə başa düşür ki, inspektor  şagirdlərin ədəblə,  bir-bir irəli    çıxıb əl ver-

məyi  bacarmadıqlarına işarə vurur. Uşaqların  əlindən neçə aydan bıri  boğaza  yığılmış  Abbas-

qulu  müəllim    bu sözləri eşidəndə bomba  kimi  partlayır:

          -- Əşi, bınnar salam verməli məxluqdu?  Özün  gördün  ki!..  Bir salam verdin, az qalmışdı-

lar səni  tapdalayıf  öldürələr!!.

                                                             O  ğ  u  r  l  u  q

          

          Uzun  müddət  təhsil şöbəsində işləmiş  yaxın dostum  mərhum  Yusif müəllim şöbənin  di-

gər  bir işçisi ilə rayon mərkəzindən xeyli uzaq olan bir neçə məktəbə ezam edilibmiş. Bu məktəb-

lərdən   birində yoxlama apardıqları ilk günün axşamı direktor onları öz evinə  dəvət edir və həyə-

tə çatan  kimi  bir toyuq kəsib verir arvadına ki, tez yemək hazırlasın, qonaqlar  acdılar. 

          Bu evin yalnız bir otağında soba varmış.  Ev sahibi və qonaqlar həmin otaqda əyləşirlər. Bir 

az keçmiş direktorun  arvadı  içərisində toyuq  əti və su olan iri bir qazanı gətirib qoyur sobanın

 üstünə.Hava  qaralar-qaralmaz gəlhagəl başlayır; qonşular, müəllimlər, kəndin briqadiri, sovet 

sədri, mühasib...  Rəhmətlik Yusif ayiq adamdı: baxır ki, içəriyə hər təzə  qonaq  girəndə qadın 

qazanın qapağını qaldırıb  içinə  su  tökür.

         Qışın uzun gecəsi, ucqar  dağ kəndinin çoxdan bəri qonaq görməyən adamları, yorucu söh-

bətlər və ac qonaqlar.. Axır ki,  yemək hazır olur, süfrəyə  turşular,  içkilər qoyulur. Bura o qədər 

adam  yığışıbmış ki, biçarə  qadn hərəyə  yalniz bir tikə ət  və  bir  kartof  bölüşdürə  bilir. Hörmət 

əlaməti  olaraq toyuğun budları  qonaqlara verilir. Yusif görür ki, hamı  çörəyini  xörəyin suyuna 

batırıb yeyir, qismətinə düşmüş bir tikə əti sonraya  saxlayır. O, ac olduğu  üçün toyuğun budun-

dan  başlayır. Bir az keçmiş qəflətən işıqlar sönür. Ev sahibləri lampa hayında ikən bir neçə adam 

kibrit çəkib otağı  işıqlandırır.  Yanında əyləşənlərdən biri də kibrit yandıranda Yusif tez üfürüb  

alovu söndürür və  özü  ilə üzbəüz oturmuş iş  yoldaşının  boşqabından  toyuq budunu  götürüb  

öz  qabındakı  suyun altında gizlədir. Şox  şəkmir, lampanı yandırıb gətirirlər otağa, məclis yeni-

dən davam edir. Yusifin gözü  iş    yoldaşındaymış; o öz boşqabında budu görməyəndə qapqara 

qaralır, qaş-qabağını töküb əlini süfrədən  çəkir. Yusif  gülə-gülə  ona doğru əyilib  astadan:  “Ə,  

narahat olma, yeməyini  ye! Bud məndədi,-- deyir.

 

                                                                       “ Ç  ı  k  ı  t  m  a”

 

         Ya arıqlığına, ya adamlarla ünsiyyətdən  çəkindiyinə, yaxud yaşı çox ötsə də, evlənmədiyi-

nə görəydi, bilmirəm, ona  Quru  Kərim deyirdilər. Həmişə şalvarının  balağını  corablarının içi-

nə salar,  yayın qızmar havalarında belə, papağını başından çıxarmaz,  əyninə nimdaş bir  pen-

cək, qışda  köhnə, süzülmüş  palto geyinərdi. O, harda  beyninə  versə, orda tütək çalardı;  kü-

çədə  getdiyi yerdə, oturduğu yerdə... Tütəyi də həmişə pencəyinin cibində olardı.

            Laçında  Quru  Kərim kimi, yaşları  xeyli ötsə də, ailə həyatı qurmayan adamlar vardı. Be-

lələrindən biri  də  rayonun məsul vəzifə  sahiblərindən olan  Mələk xanımdı. O, həqiqətən, ya-

raşıqlı, xoşsifət, şirindil və  xanım-xatın bir qadındı. Evlənməməsinin səbəbi, bəlkə də, gənc yaş-

larından müxtəlif rəhbər vəzifələrdə  işləməsi  idi.

            Bir gün  Mələk xanım küçədə gedərkən Quru  Kərimlə rastlaşır. O , yan-yörəni xamuş-

luq   görüb,  Kərimə sataşmaq fikrinə düşür:

            --  Nə  təhərsən, ay  Kərim?

            -- Sağ ol, dolanıram.

            --  Kərim!.. Deyirəm,  görən, nə təhər  olajax, sən də  bu  dünyadan nakam  gedəssən, 

mən də.

            -- Yox, heylə dəyil!  Sən, heç olmasa, aradabir  çıkıtma eləmisən,-- Kərim  şəhadət bar-

mağını ağzına  soxub  çıxarır  və  Mələk  xanımın  gözləri  bərabərində yuxarı qaldırır,-- amma 

mən bax belə   gedəjəm.

                                                                                   

(Davamı var)

 

24 fevral 2017-ci il

Müəllif: Əslixan Hüseynoğlu

Təqdim etdi: Sultan Laçın

Seçilən
19
moderator.az

1Mənbələr