AZ

Lebron Ceymsdən tarixi rekord

"Los-Anceles Leykers"in basketbolçusu Lebron Ceyms tarixi rekorda imza atıb.

Fanat.Az Milli Basketbol Assosiasiyasının (NBA) mətbuat xidmətinə istinadən xəbər verir ki, komandasının lideri müntəzəm mövsüm və pley-offlar da daxil olmaqla, karyerası ərzində 50 min xal toplayan ilk oyunçu olub.

40 yaşlı basketbolçu bu nəticəni "Nyu Orlean"la oyunda reallaşdırıb.

Qeyd edək ki, görüş "Los-Anceles Leykers"in 133:109 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
52
5
fanat.az

5Mənbələr