AZ

ABŞ NATO-dan çıxır: Tramp yerini iki ölkəyə verəcək – İddia

ABŞ NATO-dan çıxacaq.

Turkustan.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Daily Mail” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Vaşinqton Alyansı iki ölkəyə təhvil vermək istəyir:

“Bunlar İngiltərə və Fransadır. ABŞ Prezidenti Donald Tramp NATO-dakı liderliyindən imtina etmək və qoşunlarını Avropadan çıxarmağa başlamaq qərarına gəlib. Bu hadisələr keçən həftə Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaranan gərginlikdən sonra baş verib”, – deyə qəzet mənbələrinə istinadən yazıb.

Analitiklər bildiriblər ki, Trampın bu addımı NATO-nun gələcəyini daha çox şübhə altına alır:

“ABŞ-ın Alyansı tərk etmək qərarı Avropada yeni təhlükəsizlik dinamikası yaradacaq. Bu addımlar nəinki NATO-nun gələcəyini dəyişdirə, həm də ABŞ-ın Rusiya ilə münasibətlərində yeni dövrün başlanğıcını qoya bilər”./Globalinfo.az

Seçilən
8
turkustan.az

1Mənbələr