AZ

İqtisadçı: Azərbaycan Türkiyənin qaz xabında ikinci tədarükçü statusundadır

Buhəm strateji, həm iqtisadi, həm də siyasi olaraq bu Azərbaycan üçün kifayət qədər vacib və əhəmiyyətli bir sazişdir

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi"ni təsdiq edib.
Bu barədə "Rəsmi qəzetə" məlumat yayıb.
Bildirilib ki, saziş təsdiqləndiyi gündən Türkiyədə qüvvəyə minib.
Xatırladaq ki, sözügedən saziş 2024-cü il mayın 14-də İstanbulda imzalanıb.

Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki,  bu, ilk növbədə Azərbaycan qazının Avropa bazarlarına çıxması üçün əlverişli bir şansdır:

“Azərbaycan və Türkiyə hökumətləri arasında qaz sazişinin təsdiqlənməsi Azərbaycan qazının dünya bazarlarına çıxışını bir qədər də artıracaq. 2023-cü  ildə Azərbaycan Türkiyəyə təxminən 10 milyard 227 min kubmetr qaz ixrac etmişdi. Bu da Türkiyənin qaz tədarükündə 20 faiz demək idi. Azərbaycan faktiki olaraq Türkiyənin qaz xabında Rusiyadan sonra ikinci tədarükçü statusundadır. Həmçinin bu payın artırılması nəzərdə tutulub. Ümumiyyətlə 2026-cı  ilə qədər Türkiyəyə qaz tədarükünün 10 milyarddan 15 milyard kubmetrə çatdırılması planlaşdırılır. Bu da Azərbaycan Qara Dəniz Hövzəsi ölkələrinə, eyni zamanda, Şərqi Avropa ölkələrinin qaz tədarükündə mühüm iştirakçı və ciddi bir paya sahib olacağı mənasına gəlir. Bu həm strateji, həm iqtisadi, həm də siyasi olaraq bu Azərbaycan üçün kifayət qədər vacib və əhəmiyyətli bir sazişdir”.
Seçilən
12
sherg.az

1Mənbələr