Amerika Birləşmiş Ştatlarının Kiçik Biznes İdarəsi iki il ərzində yaşı 115-dən yuxarı olan şəxslərə ümumi məbləği 333 milyon dollar olan kreditlər verib.
Valyuta.az xəbər verir ki, bu barədə ABŞ Hökumətinin Səmərəliliyi Departamenti (DOGE) X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
2020-21-ci illərdə Sosial Müdafiə İdarəsi məlumat bazasında hələ də yaşayan 115 yaşdan yuxarı borcalanlara 333 milyon dollar dəyərində 3,095 kredit verilib. Xüsusilə, 36 min dollar krediti 157 yaşında olduğu iddia edilən şəxs alıb.
Fevralın 25-də sahibkar İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinin 20-dən çox əməkdaşının ideoloji səbəblərə görə istefaya getdiyi bildirilib.
Elə həmin gün IRS rəsmiləri DOGE rəhbərinin məmurların həftəlik tərəqqi hesabatı təqdim etmələri tələbinə sərt cavab hazırlayıblar. Ona başqa şeylərlə yanaşı, “Başladığınız cəfəngiyyatla mübarizə apardınız” bəndini ehtiva edən bir sənəd göndəriblər.
Paşa Məmmədli