AZ

Mahir Emreli ilə bağlı yeni iddia – Müqavilə uzadılmayacaq?

Almaniya mətbuat millimizin futbolçusu Mahir Emreli ilə bağlı yeni iddia ortaya atıb.

Msport.az xəbər verir ki, bir müddət öncə “Nürnberq”in 27 yaşlı hücumçu ilə müqaviləni uzadacağı bildirilsə də, “NN.de” nəşri oxucularına fərqli informasiya çatdırıb.

İddiaya görə, hazırda 2-ci Bundesliqa təmsilçisində təcrübəli forvardla yeni sözləşmə imzalamaq planlaşdırılmır. Klub bütün gücünü səfərbər edərək, yay fasiləsinədək yeni hücumçu almağa çalışacaq. Bu isə Mahirin mövsümün sonunda komandadan göndəriləcəyi deməkdir.

Qeyd edək ki, Mahir Emreli cari mövsümün əvvəlində  “Nürnberq”lə 1 illik müqavilə imzalayıb.

Seçilən
73
msport.az

1Mənbələr