AZ

Buz əridi, tarix yenidən yazılır: Arxeoloqları təəccübləndirən SİRLİ KƏŞF

Qlobal istiləşmə planetimizi təhdid etməyə davam edərkən, əriyən buzlaqların altından çıxan qədim abidə və məkanlar arxeoloqların diqqətini cəlb edir.

Publika.az xəbər verir ki, Norveçdə aparılan qazıntılar zamanı 4500-dən çox artefakt aşkar edilib. Alimlər deyirlər ki, tapılan ox ucları, əlcəklər və sirli əşyalar qədim ticarət yolları və həyat haqqında kritik ipucu verir.

Dünyada sürətlə əriyən buzlaqlar təkcə ekoloji fəlakətlər deyil, həm də arxeoloji kəşflər gətirir. Son illərdə Norveçin Lendbreen bölgəsində aparılan qazıntılarda minlərlə il əvvələ aid obyektlər ortaya çıxmağa başlayıb.

Norveçin "Buzun sirləri" tədqiqat proqramının direktoru Espen Finstad bölgədə 4500-dən çox arxeoloji əsərin aşkar edildiyini bildirib:

"Buzda çoxlu xəzinələr gizlənib. Bu tapıntılar qədim insanların necə yaşadığını, ovlandığını və ticarəti əlaqələri başa düşmək üçün çox vacibdir. Qədim dövrlərdə insanlar Norveç dağlarında ticarət edirdilər. Daş dövründən orta əsrlərə qədər bu yollar ov və səyahət üçün istifadə edilib. Lakin son əsrlərdə qlobal istiləşmə nəticəsində buzlaqların əriməsi bu qədim yolların altında yatan sirləri açıb. Yüz illər boyu buzlaqlarda gizlədilən əşyalar qədim cəmiyyətlərin necə yaşadığını və ticarət şəbəkələrinin necə işlədiyini ortaya qoyur”.

Ancaq ən diqqət çəkən tapıntılardan biri də taxta çubuq idi. Arxeoloqlar bu alətin qədim zamanlarda yumurta və xəmir qarışdırmaq üçün istifadə edilən bir çırpıcı olduğunu düşünürlər. Bu kimi tapıntılar insanların minlərlə il ərzində gündəlik həyatlarını necə formalaşdırdıqlarına dair təəccüblü ipucları verir.

Seçilən
67
2
publika.az

3Mənbələr