"Uzak Şehir"in "Alya"sı Sinem Ünsal seçdiyi layihələrdə ən çox ssenariyə diqqət etdiyini deyib.Missiya.Az xəbər verir ki, bu barədə aktrisa türk mətbuatına bildirib.
"Öncə ssenarini oxuduğumuza görə bu, vacibdir. Amma sadəcə mənə gələn rolun yox, digər rolların dərinliyinə də önəm verirəm" ,- o vurğulayıb.
Məlumat üçün qeyd edək ki, Sinem "Çoban Yıldızı", "Siyah Beyaz Aşk", "Kızım", "Mucize Doktor", "Elbet Bir Gün", "Gizli Saklı", "Senden Önce" kimi ekran işlərində rol alıb. Hazırda Türkiyənin ən reytinqli serialı "Uzak Şehir"də aktyor Ozan Akbaba ilə birlikdə baş rolları bölüşdürürlər. Ozan isə "Cihan" obrazına həyat verir.
Zərintac MayisqızıMissiya.Az